Fransa millsinin müdafiəçisi Benjamen Pavarın dünya çempionatının 1/8 final mərhələsində Argentina komandasının qapısına vurduğu qol turnirin ən yaxşı qolu seçilib.
Sportinfo.az xəbər verir ki, o, komandası hesabda 1:2 geridə olduqda 57-ci dəqiqədə tarazlığı bərpa edib.
Görüş isə fransalıların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Dünya çempionatı bu il Rusiyada iyunun 14-dən iyulun 15-nə kimi baş tutub.

