DÇ-2018-dən sonra klubunu dəyişən ən yaxşı 10 oyunçudan biri Azərbaycanda

22 İyul 2018 13:46 Dünya çempionatı 969
DÇ-2018-dən sonra klubunu dəyişən ən yaxşı 10 oyunçudan biri Azərbaycanda

Dünya çempionatından sonra mundial iştirakçıları arasında klubunu dəyişən ən yaxşı futbolçuların siyahısı dərc edilib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın yeni transferi Hannes Halldorsson da ilk “onluğ”a düşüb.

Rusiyadakı turnirin qrup mərhələsində Argentina ilə keçirilən matçda Lionel Messinin penalti zərbəsini dəf etməklə məşhurlaşan Halldorssonun ümumilikdə çıxışı yüksək dəyərləndirilib.

Bunun nəticəsi kimi də İslandiya millisinin qolkiperi bir neçə gün əvvəl Çempionlar Liqasında mübarizə aparan “Qarabağ”la anlaşıb.

İlk “10-luq”da yer alan futbolçular arasında Kriştianu Ronaldo, Paulinyo, Tomas Lemar və Xerdan Şakiri kimi ulduzlar da var.

Mundialdan sonra klubunu dəyişən ən yaxşı 10 oyunçu:

Kriştianu Ronaldo (Portuqaliya) – “Real”dan “Yuventus”a

Paulinyo (Braziliya) - “Barselona”dan “Quançjou Everqrand”a

Tomas Lemar (Fransa) - “Monako”dan “Atletiko”ya

Xerdan Şakiri (İsveçrə) – “Stok Siti”dən “Liverpul”a

Əşrəf Hakimi (Mərakeş) – “Real”dan Dortmund “Borussiya”sına (icarəyə)

Miguel Layun (Meksika) - “Porto”dan “Vilyarreal”a

Lukas Torreyra (Uruqvay) - “Sampdoriya”dan “Arsenal”a

Hannes Halldorsson (İslandiya) - “Randers”dən “Qarabağ”a

Alvaro Odriozola (İspaniya) - “Real Sosyedad”dan “Real”a

Oqenekaro Etebo (Nigeriya) – “Feyrense”dən “Stok Siti”yə

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!