Dünya çempionatında iştirak edən komandaların mükafatı

17 İyul 2018 11:12 Dünya çempionatı 614
Dünya çempionatında iştirak edən komandaların mükafatı

Rusiyada keçirilən dünya çempionatındakı qələbə Fransa millisinə FIFA tərəfindən 38 milyon dollar pul mükafatı qazandırıb.

Sportinfo.az xəbər verir ki, dünya çempionatının ümumi mükafat fondu 400 milyon dollar təşkil edib.

Mundialın gümüş mükafatçısı Xorvatiya millisi 28 milyon dollar gəlir əldə edib. Üçüncü yeri tutan belçikalılar 24, İngiltərə yığması isə 22 milyon dollar qazanıb.

FİFA qrup mərhələsindəki iştirakçıların hərəsinə 8 milyon dollar verəcək. Həmçinin dünya çempionatının "play-off" mərhələsinin digər iştirakçılarının da qazandığı məbləğ açıqlanıb.

Dörddəbir final mərhələsində mübarizəsini dayandıran Rusiya, İsveç, Braziliya və Uruqvay 16 milyon dollar, səkkizdəbir finalda turniri tərk edən İspaniya, Danimarka, İsveçrə, Kolumbiya, Argentina, Meksika, Portuqaliya və Yaponiya isə 12 milyon dollar qazanacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!