Bayramın bir parçası oldum

16 İyul 2018 18:12 Dünya çempionatı 477
Bayramın bir parçası oldum

Sizi bilmirəm, mənim üçün möhtəşəm dünya çempionatı oldu.

İlk dəfə bir mundial, özü də açılış matçında tribunada oldum, fantastik ab-havanı hiss etdim, böyük futbol bayramınının bir parçası oldum.

Bu baxımdan özümü çox xoşbəxt sayıram.

Ən yüksək səviyyəli futbol izlədik. Azarkeşi olduğum Argentina, favorit saydığım İngiltərə uğur qazana bilmədi. Əvəzində xorvatlar sensasiya edərək finala çıxdılar, fransızlar isə layiq olduqları qələbəni qazandılar.

Ruslar təşkilatçılıq baxımından ən xoş sözləri haqq etdilər. Gözümlə gördüyümə görə deyə bilərəm ki, adamlar bu işə həqiqətən də ciddi əmək (və pul təbii ki) sərf edib, hər xırdalığa fikir vermişdilər. Əsl dünya çempionatı necə olmalı idisə, o cür də oldu.

Və nəhayətində, əlahəzrət futbolun zirvəsi olan dünya çempionatı bir daha möcüzə qüvvəsini ortaya qoydu.

Gözəl bir ayı arxada qoyduq. Xatirələr isə azı 4 il qalacaq. Bir qədər, bəlkə də bir qatar xatirə. Ya da ki bir Qətər...

Kənan Məstəliyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!