Ard-arda oynanan 3 120 dəqiqəlik oyun xorvatları çox yormuşdu.
Yenə də əllərindən gələni etdilər, bacardıqları qədər savaşdılar.
Subaşiç də sağ olsun, özünü lap fransızların agenti kimi apardı.
Penalti şübhəli idi. Mənə görə top əli tapmışdı. Dinamik vəziyyətdə oyunçu əlini bir yerinə soxacaq deyildi hər halda.
Düzdü, Fransanın çempion olmasını heç istəmirdim, amma haqları idi və layiqincə qalib gəldilər.
Bir az da Deşam haqda. Necə ki, Almaniyada milli komanda səviyyəsində futbolun inkişafının təməlini Klinsmann qoymuş, sonra estafeti Löw almışdı. Fransada da eyni estafet Blan və Deşam arasında baş tutdu.
Yəni Almanların inkişafı Klinsmannla başlayıb Löwlə davam etdisə, Fransada bu inkişafın təməlini Blan qoydu, Deşam isə onu zirvəyə daşıdı.
Deşam məşqçi olaraq bu çempionluğa layiq idi. 2003-2004 mövsümündə ÇL-də final oynayan Monakonun da baş məşqçisi Deşam idi.
Əslində, mənə görə Avro-2016 finalı da onun haqqı idi. Amma taktiki cəhətdən Santuş onu üstələmişdi.
Fidan, istəmədən də olsa, Fransanın çempionluğu münasibətilə səni təbrik edirəm!
Azad Qəhrəmanov

