DÇ-2018 üçüncü ən məhsuldar mundial kimi tarixə düşdü

16 İyul 2018 14:24 Dünya çempionatı 648
DÇ-2018 üçüncü ən məhsuldar mundial kimi tarixə düşdü

Rusiyada keçirilmiş dünya çempionatı üçüncü ən məhsuldar mundial kimi tarixə düşüb.

Sportinfo.az xəbər verir ki, yarışda 169 qol vurulub. Bu isə DÇ-1998 və DÇ-2014-dən sonra üçüncü göstəricidi.

Fransa və Braziliyada təşkil olunmuş həmin dünya çempionatlarında 171 qol qeydə alınıb. DÇ-2018-də vurulan 169 qoldan 73-ü standart vəziyyətdən reallaşdırılıb.

Bu, DÇ-1966-dan sonra ən yaxşı göstəricidi. Dünya çempionatının qalibi finalda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa olub. İngiltərəni 2 cavabsıq qolla üstələyən Belçika isə üçüncü yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!