Putindən görünməmiş jest - Bu şəxslərdən viza tələb olunmayacaq

16 İyul 2018 20:00 Dünya çempionatı 815
Putindən görünməmiş jest - Bu şəxslərdən viza tələb olunmayacaq

Rusiya prezidenti Vladimir Putin ölkəsində keçirilən dünya çempionatından sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Putin dünya çempionatı oyunlarını izləmiş azarkeşlərə bu ilin sonuna qədər Rusiyaya yenidən gələcəkləri təqdirdə viza tətbiq edilməyəcəyini bildirib:

“Çempionat zamanı milyonlarla insanın Rusiyanı yaxından tanımaq fürsəti oldu. Bir çox insan ölkəmiz haqqında fikirlərini dəyişdi.

Bu, bizim üçün önəmli nəticədir. Onlar yenidən ölkəmizə gəlmək istəyə bilərlər. Ona görə də il sonuna qədər həmin azarkeşlərə viza tətbiq edilməyəcək”.

Azarkeşlər mundial zamanı Rusiyaya gələrkən “Fan ID” adlı vəsiqə almış və Rusiyaya giriş-çıxışlarda viza bəyan etməmişdilər. Həmin vəsiqə il sonuna qədər qüvvədə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...