DÇ-2018-in ən yaxşıları

16 İyul 2018 08:00 Dünya çempionatı 726
DÇ-2018-in ən yaxşıları

Rusiyada təşkil olunan dünya çempionatı başa çatdı.

Sportinfo.az xəbər verir ki, finalda Fransanın Xorvatiyanı 4:2 hesabıyla məğlub etdiyi oyundan sonra bu mundialın ən yaxşıları da açıqlanıb.

DÇ-2018-in ən yaxşı oyunçusu Xorvatiya yığmasının lideri Luka Modriç seçilib. Ona mundialın “Qızıl top”u mükafatı təqdim olunub.

Çempionatın ən yaxşı gənc oyunçusu isə Fransa millisi ilə çempion olan Kilian Mbappe seçilib.

Mundialın bombardiri İngiltərə yığmasının hücumçusu Harri Keyn olub. O, rəqib qapılarından 6 qol keçirməklə bütün rəqiblərini qabaqlamağı bacarıb.

DÇ-də ən yaxşı qapıçı Belçika yığmasının şərəfini qoruyan Tibo Kurtua seçilib.

İspaniya yığması isə FİFA-nın Feyr-pley mükafatına layiq görülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!