Fransa və Xorvatiya yığmaları arasında keçirilmiş dünya çempionatının final matçı Rusiyanın feminist "Pussy Riot" pank-rok qrupu üzvlərinin meydana daxil olmaları üzündən dayandırılıb.
Sportinfo.az xəbər verir ki, "Lujniki" stadionundakı qarşılaşmanın 50-ci dəqiqəsində onlar hasarı aşaraq, stüardların yanından meydana giriblər.
Qrup üzvlərini yalnız meydanın mərkəzində ələ keçirmək mümkün olub. Qayda pozucularından biri qız olub. Aksiya "Milisioner oyuna girir" adlanıb. Final matçı Fransanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

