Fransa dünya çempionudu!

15 İyul 2018 20:55 Dünya çempionatı 656
Fransa dünya çempionudu!

Rusiyada təşkil olunmuş dünya çempionatı bu gün başa çatıb.

Sportinfo.az xəbər verir ki, DÇ-2018-in həlledici oyununda Fransa və Xorvatiya yığmaları üz-üzə gəlib.

Bu, Fransa yığmasının tarixində üçüncü DÇ final idi. İki dəfə həlledici oyunlardan məğlub ayrılmış fransızlar yalnız öz ölkələrində keçirilmiş DÇ-1998-də dünya çempionu adını qazanmışdılar.

Xorvatiya isə tarixində ilk dəfə finala yüksəlmişdi. Bu komanda həlledici görüşdə də qalib gəlsə, daha bir tarix yazmış olacaqdı.

Lakin qarşılaşma fransızların qələbəsi ilə başa çatıb. Altı qolun qeydə alındığı oyunda xorvatlar 2:4 hesabıyla uduzaraq, gümüş medallarla kifayətlənməli olub. Fransa isə tarixində ikinci dəfə dünya çempionu adını qazanıb.

Fransa - Xorvatiya 4:2
Qol: M.Mandzukiç, 18-avtoqol. A.Qrizmann, 38-pen. P.Poqba, 59. K.Mbappe, 65 - İ.Perişiç, 28. M.Mandzukiç, 69.
Baş hakim: Nestor Pitana (Argentina).
Moskva. “Lujniki” stadionu.

Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lukas Hernandes.
Ehtiyat oyunçular: 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 11. Usman Dembele, 12. Korentin Tolisso, 15. Stiven Nzonzi, 16. Stiv Mandanda, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi, 23. Alfonse Areola.
Baş məşqçi: Didye Deşam.
Xorvatiya: 23. Daniel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Ştriniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Mandzukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Çaleta-Çar, 19. Milan Badel, 20. Marko Pyaça, 22. Yosip Pivariç.
Baş məşqçi: Zlatko Daliç.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!