Didye Deşam: "Finaldakı səhvləri təkrarlamamağa çalışacağıq"

15 İyul 2018 10:57 Dünya çempionatı 512
Didye Deşam: "Finaldakı səhvləri təkrarlamamağa çalışacağıq"

"Dünya çempionatının finalında oynamaq böyük bir uğurdu.

Bu görüşdən daha yaxşı oyun ola bilməz. İnamlı, sakit və diqqətli olmalıyıq.

Rəqib yaxşı təcrübəyə malikdi. Onların təcrübəli oyunçuları var. Amma biz turnir ərzində bu cür komandalarla qarşılaşmışıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Fransanın baş məşqçisi Didye Deşam DÇ-2018-in finalında Xorvatiya ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Yığmada Afrika əsilli və digər xarici ölkələrin oyunçuları var. Bütün bunlar fransız futbolunu zənginləşdirir. Biz hamımız fransızıq və bundan qürur duyuruq.

Kimin harada doğulduğu barədə danışmağa ehtiyac yoxdur. Ancaq oyunu izləyənlər öz ölkələrində anadan olanlarla fəxr edəcək" - deyə o bildirib.

D.Deşam final görüşünə ciddi hazırlaşdıqlarını vurğulayıb: "Final oyununa çıxacağımız bilirik. Bu matça ciddi hazırlaşırıq. Tək mən yox, məşqçi qərargahı komandanı hazırlamaq üçün çalışırıq.

Oyunları təhlil edirik. Bu, il ərzində ən vacib oyunumuzdu. Düzgün hazırlaşıb-hazırlaşmadığımızı nəticə göstərəcək".

O bildirib ki, gənc komandaları var: "Amma Avro-2016-nın finalında oynamış 9 oyunçumuz var. Onlar finaldakı səhvlərini xatırlayırlar və həmin səhvləri təkrarlamamağa çalışacaqlar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!