Üçüncü dəfə "ən yaxşı"dı

15 İyul 2018 10:05 Dünya çempionatı 463
Üçüncü dəfə "ən yaxşı"dı

Rusiyada təşkil olunmuş dünya çempionatında Belçika və İngiltərə arasında keçirilən 3-cü yer uğrunda matçın ən yaxşı oyunçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Belçika yığmasının hücumçusu Eden Hazard seçilib.

Belçika bu oyunda 2:0 hesabıyla qalib gələrək mundialın bürünc medallarını qazanıb. Hazad komandasının qələbəsinə 1 qolla töhfə verib.

“Çelsi”nin şərəfini qoruyan futbolçu bu mundialda üçüncü dəfə ən yaxşı seçilib. O, Yaponiyaya 3:2, Tunisə 5:2 hesabıyla qalib gəldikləri oyunlarda da matçın ən yaxşısı olmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!