Bu gün Rusiyadakı dünya çempionatının bürünc mükafatçısı müəyyənləşəcək.
Sportinfo.az xəbər verir ki, 3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə milliləri üz-üzə gələcək.
Bu komandalar DÇ-2018-də ik
inci dəfə qarşılaşacaqlar. Eyni qrupda yer almış iki ölkənin duelində Belçika qalib olmuşdu - 1:0.
"Qırmızı şeytanlar" 1/8 finalda Yaponiya, 1/4 finalda isə beşqat dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb.
Roberto Martinesin baş məşqçi olduğu kollektiv yarımfinalda Fransa səddini keçə bilməyib. İngiltərə isə 1/8 finalda Kolumbiya, 1/4 finalda İsveçdən güclü olub. Britaniyalılar finala gedən yolda Xorvatiya ilə bacarmayıb.
18:00. Belçika – İngiltərə
Baş hakim: Alireza Faqani (İran)
Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu

