Millimizdən getdi, dünya çempionatının finalına dəvət olundu

14 İyul 2018 09:24 Dünya çempionatı 811
Millimizdən getdi, dünya çempionatının finalına dəvət olundu

1998-ci il dünya çempionatında bürünc medal qazanmış Xorvatiya yığmasının bütün futbolçuları DÇ-2018-in final matçına dəvət olunublar.

Sportinfo.az xəbər verir ki, Xorvatiya Futbol İttifaqından (HNS) dəvət alanlar arasında Azərbaycan millisinin sabiq futbolçusu Robert Prosineçki də var.

Rusiyadakı mundialın finalında Fransa və Xorvatiya milliləri üz-üzə gələcəklər. Oyun iyulun 15-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək.

Bu komandalar arasında 20 il əvvəl keçirilmiş yarımfinal qarşılaşmasında Fransa 2:1 hesabı ilə qalib gəlib və sonradan çempion olub.

Xorvatiya isə 3-cü yer uğrunda görüşdə Hollandiyanı eyni hesabla yenərək, bürünc medal əldə edib. Bu görüşdə qalib komandanın ilk qolunu Prosineçki, ikincisini isə hazırda HNS-ə rəhbərlik edən Davor Şuker vurub.

Artıq Bosniya və Herseqovina yığmasının sükanı arxasında olan Robert Prosineçki Azərbaycan millisinə 2014-cü ilin dekabrından 2017-ci ilin dekabrınadək rəhbərlik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti