"Artıq qərar verilib, bütün liqalar bu barədə məlumatlandırılıb"

14 İyul 2018 08:12 Dünya çempionatı 500
"Artıq qərar verilib, bütün liqalar bu barədə məlumatlandırılıb"

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının keçiriləcəyi tarix təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, bu barədə FİFA-nın prezidenti Canni İnfantino açıqlama verib.

O bildirib ki, növbəti mundial 4 il sonra noyabrın 21-dən dekabrın 18-dək davam edəcək: "Artıq qərar verilib, bütün ölkələrin liqaları bu barədə məlumatlandırılıb. Əminik ki, əla çempionat olacaq. Çünki oyunçular mundiala əla formada qatılacaqlar".

DÇ-2018 Rusiyada keçirilir. İyulun 14-də 3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə, iyulun 15-də final matçında isə Fransa və Xorvatiya üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti