Rusiyada təşkil olunmuş dünya çempionatının son oyunlarına hakim təyinatları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, iyulun 14-də Belçika və İngiltərə yığmaları arasında keçiriləcək 3-cü yer uğrunda oyun İrandan olan FİFA referisi Alireza Fəqaniyə tapşırılıb.
DÇ-2018-in həlledici oyununu - Fransa və Xorvatiya yığmalarının final qarşılaşmasını isə Argentinadan olan Nestor Pitana idarə edəcək. Bu iki oyun üçün bütün təyinatları təqdim edirik:
3-cü yer uğrunda oyun
14 iyul
18:00. Belçika - İngiltərə
Hakimlər: Alireza Fəqani, Reza Soxəndan, Məhəmməd Mansuri (hamısı İran), Malanq Dyedyu (Seneqal).
Final
15 iyul
19:00. Fransa - Xorvatiya
Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Belatti (hamısı Argentina), Byörn Kuypers (Hollandiya).

