"Final çətin olsa da, ən yaxşı oyunumuzu oynamağa çalışacağıq”

12 İyul 2018 09:00 Dünya çempionatı 540
"Final çətin olsa da, ən yaxşı oyunumuzu oynamağa çalışacağıq”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç dünya çempionatının yarımfinalında İngiltərəyə qalib gəldikləri oyundan danışıb.

Sportinfo.az xəbər verir ki, çalışdırıcı bu nəticədən sonra 1998-ci il mundialını da xatırlayıb:

“1998-ci il dünya çempionatının 3 oyununda azarkeş idim. Həmin vaxt yarımfinalda Fransaya uduzmuşduq.

Şukerin qolunun sevincini başa vurmamış qapımızda qol görmüşdük. 3-cü yer tutmuşduq və o tarixi anlar idi.

İndi biz tarix yazmışıq. Final çətin olacaq və ən yaxşı oyunumuzu oynamağa çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!