Hazard iddia etdi: "DÇ-2018-in ən yaxşı komandası bizik"

11 İyul 2018 17:00 Dünya çempionatı 647
Hazard iddia etdi: "DÇ-2018-in ən yaxşı komandası bizik"

Belçika millisinin üzvü Eden Hazard DÇ-2018-in yarımfinal mərhələsində Fransaya məğlub olduqları (0:1) oyundan sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı oyunçu açıqlamasında Belçikanın DÇ-2018-in ən güclü komandası olduğunu, Fransanın yaxşı futbol oynamadığını deyib:

“DÇ-2018-in ən yaxşı komandası bizik. Fransa gözəl futbol oynamır və sadəcə, müdafiə olunur. Fransa millisi mundialın qalibi olacaqmı, bilmirəm. Ancaq mən uşaq vaxtı onları dəstəkləmişəm. Fransanın yenə çempion olmasını istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...