Belçika millisi DÇ-2018-in finalından kənarda qalıb.
Sportinfo.az xəbər verir ki, yarımfinalda Fransaya 0:1 hesabı ilə uduzan “Qırmızı şeytanlar” ikinci dəfə eyni aqibəti yaşayıb.
İlk dəfə 1986-cı ildə dünya çempionatının yarımfinalına adlayan Belçika millisi Argentinaya 0:2 hesabı ilə uduzmuşdu. 32 il əvvəl üçüncü yer uğrunda görüşdə isə Belçika millisi Fransaya yenilmişdi - 2:4.
Belçika III yer uğrunda görüşdə Xorvatiya - İngiltərə oyununun məğlubu ilə qarşılaşacaq. Matç iyulun 14-də Sankt-Peterburqda keçiriləcək.

