Rusiyada təşkil olunmuş dünya çempionatının 2 yarımfinalçısı artıq məlumdu.
Sportinfo.az xəbər verir ki, Fransa və Belçika müvafiq olaraq Cənubi Amerika təmsilçiləri – Uruqvay və Braziliyanı mübarizədən kənarlaşdıraraq, yarımfinala adlayıb.
Bu o deməkdi ki, yarmfinalda ancaq Avropa komandaları mübarizə aparacaqlar. Tarixdə 5-ci belə haldı ki, Cənubi Amerika təmsilçiləri mundialın yarımfinalında olmurlar. Buna qədər 1934, 1966, 1982 və 2006-cı ildə də belə hal yaşanmışdı.

