Rusiyada təşkil olunmuş dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilən Rusiya - Xorvatiya matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç seçilib.
Xorvatiya yığması əsas vaxtı 2:2 hesabıyla bitən bu oyunda penaltilərlə qalib gələrək (4:3) yarımfinala yüksəlib.
Komandasının qələbəsinə 1 məhsuldar ötürmə ilə töhfə verən Modriç penalti seriyasında da dəqiq zərbə ilə yadda qalıb.
Madrid “Real”ının 32 yaşlı yarımmüdafiəçisi bu mundialda artıq üçüncü dəfə ən yaxşı seçilir. O, Argentinaya 3:0, Nigeriyaya 2:0 hesabıyla qalib gəldikləri oyunlarda da matçın ən yaxşısı olmuşdu.

