Dünya çempionatında bu gün 1/4 final mərhələsinin növbəti iki oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, ev sahibi Rusiya ilə Xorvatiya yığması münasibətlərinə aydınlıq gətirəcək.
Rusiya 1/8 finalda İspaniyanı, Xorvatiya isə Danimarkanı penaltilər seriyasında məğlub edib. Komandalar dünya çempionatları tarixində ilk dəfə qarşılaşacaqlar.
Rusiya yığması SSRİ dağılandan sonra ilk dəfə bir mundialda ¼ finala yüksəlib. Xorvatiya isə 1998-ci il mundialında Almaniyanı məğlub edərək yarımfinala vəsiqə qazanıb.
22:00. Rusiya - Xorvatiya
Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Canni Sikazve (Zambiya).
Soçi. “Fişt” stadionu

