“Oynamaq istədiyim üçün onu tərifləyəcəm” - Keyn

7 İyul 2018 17:48 Dünya çempionatı 532
“Oynamaq istədiyim üçün onu tərifləyəcəm” - Keyn

İngiltərə millisinin hücumçusu Harri Keyn sabah dünya çempionatının ¼ final mərhələsində İsveçə qarşı keçirəcəkləri oyundan danışıb.

Sportinfo.az xəbər verir ki, mundialın ən çox qol vuran forvardı rəqibin gücündən söz açıb:

- İsveç çox güclü və kompakt bir komandadır. Onlar müdafiədə əla oynayırlar. Oyunçuların fərdi gücləri haqqında danışmaq istəmirəm. Rəqib komanda şəklində çıxış edir. Bizi ciddi bir matç gözləyir.

İsveç millisinin kapitanı Andreas Qrankvistdə soruşdular ki, ən yaxşı penalti vuran futbolçu kimdir? O, yoxsa Harri Keyn? Qrankvist dedi ki, niyə Harri Keyn?

- Qrankvist fantastik penalti vurmuşdu. Mən deyə bilmərəm ki, kim güclüdür. Amma ümid edirəm ki, sabah penalti olsa, bundan əvvəlki kimi dəqiq olacam.

İsveç millisinin futbolçuların keyfiyyəti sizdən daha aşağıdır. Bu matça təsir edəcəkmi?

- Dünya çempionatında belə şeyləri müqayisə və müzakirə etmək düzgün deyil. Biz çox çalışıb birlikdə oynamalıyıq. Bəli, insanlar fərdi olaraq üstünlüklərimizdən danışır. Amma bu klublarımıza aiddir. Mundialda belə şeylər ikinci dərəcəlidir. Hər oyuna motivasiya olmağımız lazımdır. İsveç gözəl komandadır.

Məşqçiniz haqqında bir söz deyin...

- O yaxşı məşqçidir. Sabah oynamaq istəyirəm, buna görə onu tərifləyəcəm. Ciddi olaraq deyirəm ki, Qaret Sautqeyt fantastik çalışdırıcıdır. Onu gənclər komandasından tanıyırdım. Həmişə yaxşı münasibətlərimiz olub. O, komandamızı ailə kimi birləşdirməyə nail oldu. Uzun müddət ona yaxşı sözlər söyləyə bilərik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti