“Dünya kubokunun sahibi olsa, belə rəqiblərin bizim üçün fərqi yoxdu"

7 İyul 2018 16:48 Dünya çempionatı 482
“Dünya kubokunun sahibi olsa, belə rəqiblərin bizim üçün fərqi yoxdu"

Bu gün dünya çempionatında Xorvatiya milli komandası Rusiya ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, oyundan öncə xorvatların çalışdırıcısı Zlatko Daliç jurnalistlər önündə çıxış edib.

O, Rusiyaya icazə verdiyi qədər oynayacaqlarını bildirib: “Dünya kubokunun sahibi olsa, belə rəqiblərin bizim üçün fərqi yoxdur. Bu böyük matçdır. Azərkeşlərimizdən yüksək dəstək gözləyirəm.

Rusiyanın taktikası haqqında heç nə deyə bilmərəm. Sıx şəkildə müdafiə olunmağa və hücum etməyə çalışacağıq. Gücümüzü tapmağa çalışacağıq.

Dünya çempionatı xüsusi turnirdir. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Düşünürük ki, Rusiyaya imkan verdiyimiz qədər oynasın”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti