Bu ağsaqqal Peleni taxtda, Sokratesi qundaqda görüb.
Braziliya axırıncı dəfə çempion olanda (2002) Vasku Da Qama adına San-Paulu Texniki Universiteninin "avtonəqliyyatın idarə edilməsi" fakultəsinin sonuncu kursunda oxuyurdu.
Yanında bir neçə özü kimi ağsaqqal, əllərində də Dünya Kubokunun maketi Moskvada fırlanırdılar. Braziliyalı olduqlarından digər ölkələrdən olan fanatlara bir az özündənrazı yanaşırdılar. Əmin idilər ki, Braziliya Rusiyada 6-cı çempionluğunu qazanacaq....
Gözünə döndüyüm Belçika qarpızlarını, daha doğrusu əllərində gəzdirdikləri Dünya Kuboku maketini verdi qoltuqlarına saldı yola. Di gedin, unutmayın ki, Avropada cənubi amerikalılara "çörək" yoxdu.
İndiyədək cənubi amerikalılar (Braziliya, Argentina və Uruqvay) üst-üstə 9 dünya çempionluğu qazanıb ki, onun da yalnız biri Avropada təşkil olunan mundialda əldə olunub (1958, İsveç).
Əziz amiqolar, sizin qitənizi də, okenanınızı da biz avropalılar kəşf edib dünya xəritəsinə çıxramışıq. Dünya Kubokunu Avropadan alıb aparmaq sizlik deyil...Yaxşı yol!!!
İlkin Xəlilov

