Dünya çempionatında bu gün 1/4 final mərhələsinin növbəti iki oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, əvvəlcə İsveç və İngiltərə yığmaları üz-üzə gələcək.
İsveç 1/8 finalda İsveçrəni 1:0 hesabı ilə üstələyib. İngiltərə isə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçda Kolumbiyanı penaltilər seriyasında məğlub edib.
Komandalar bu vaxta qədər dünya çempionatlarında 2 dəfə qarşılaşıblar. İlk dəfə 2002-ci il mundialında baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. 2010-cu il mundialındakı görüş də bərabərliklə başa çatıb – 2:2.
Dünya çempionatları tarixində 5 dəfə 1/4 finala vəsiqə qazanan İsveç yığması, 1938, 1958 və 1998-ci il mundiallarında isə yarımfinala yüksəlib.
1966-cı il mundialının qalibi olan İngiltərə, 2006-cı il dünya çempionatından sonra ilk dəfə ¼ final matçında çıxır. İngilislər 1990-cı il dünya çempionatından sonra bu mərhələni keçə bilmirlər.
18:00. İsveç - İngiltərə
Hakimlər: Byörn Kuypers, Sander van Rokel, Ervin Zeynstra (hamısı Hollandiya), Antonio Mateu Lahos (İspaniya).
Samara. “Samara Arena”

