Belçika millisinin baş məşqçisi Roberto Martines Braziliya məğlub etdikləri matçı şərh edib.
Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ın çalışdırıcısı özünü dünyanın ən xoşbəxt insanı adlandırıb:
“Rəqibimiz üzərində taktiki üstünlük əldə etməyə çalışdıq. Ancaq Braziliya ilə qarşılaşırsınızsa, sizi asan heç nə gözləmir.
5 qat dünya çempionları adı bəsdir. Onlara qarşı sadəcə cəsarətlə oynamalısınız. Oyunçularım risk etdi. Neymarı, Koutinyonu, Marselonu dayandırmalı idik. Futbolçularım işini gördü.
Bu gün planetin ən xoşbəxt insanıyam. Bu taktika deyildi, sadəcə ürəkdən oyun idi. İnam oyunu idi. Belçikadakı hər kəs bu oyunçularla qürur duymalıdır və qələbəni bayram etməlidir”.

