Rusiyada təşkil olunmuş dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilən Uruqvay - Fransa matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Fransa yığmasının hücumçusu Antuan Qrizmann seçilib.
Fransa yığması bu oyunda 2:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Komandasının ikinci qolunu Qrizmann vurub.
Bu, Antuanın sözügedən mundialda ikinci oxşar uğurudu. Madrid “Atletiko”sunun üzvü Avstraliya üzərində 2:1 hesablı qələbəyə sevindikləri oyunda da matçın ən yaxşısı elan edilmişdi.

