Braziliya - Belçika: CANLI YAYIM

6 İyul 2018 22:00 Dünya çempionatı 815
Braziliya - Belçika: CANLI YAYIM

Dünya çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, Belçika və Braziliya münasibətlərinə aydınlıq gətirəcək.

Braziliya 1/8 finalda Meksikanı 2:0, Belçika isə Yaponiyanı 3:2 hesabı ilə məğlub edib. Bu komandalar dünya çempionatları tarixində ikinci dəfə üz-üzə gələcək. 2002-ci il mundialının 1/8 finalında Braziliya rəqibini 2:0 hesabı ilə üstələyib.

Belçika dünya çempionatlarında Cənubi Amerika təmsilçiləri ilə 4 dəfə qarşılaşıb və bu matçların 3-də məğlub olub. Braziliya isə son üç mundialda Avropa təmsilçilərinə uduzaraq mübarizəni dayandırıb.

22:00. Braziliya - Belçika

Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ).

Kazan. “Kazan Arena"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti