Uruqvay - Fransa: CANLI YAYIM

6 İyul 2018 18:00 Dünya çempionatı 649
Uruqvay - Fransa: CANLI YAYIM

Dünya çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, əvvəlcə Uruqvay və Fransa yığmaları üz-üzə gələcəklər.

Uruqvay 1/8 finalda Portuqaliyanı 2:1, Fransa isə Argentinanı 4:3 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar.

Uruqvay və Fransa bu vaxta qədər 8 dəfə üz-üzə gəlib. Bu oyunların 3-də Uruqvay millisi qələbə qazanıbsa, fransızlar yalnız 1 dəfə rəqibini məğlub edə bilib. 4 qarşılaşma isə heç-heçə başa çatıb.

Komandalar dünya çempionatları tarixində üç dəfə qarşılaşıblar. Uruqvay 1966-cı il mundialında qrup mərhələsində rəqibini 2:1 hesabı ilə məğlub edib.

2002 və 2010-cu ildə dünya çempionatlarında da eyni qrupda mübarizə aparan komandaların dueli qolsuz bərabərliklə yekunlaşıb.

Fransa dünya çempionatlarında Uruqvayla üç dəfə eyni qrupda mürazə aparıb və heç birində növbəti mərhələyə vəsiqə qazana bilməyib.

18:00. Uruqvay - Fransa

Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Alireza Faqani (İran).

Nijni Novqorod. “Nijni Novqorod” stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti