FOTO - "Qarabağ"lının qardaşı Premyer Liqa klubuna transfer oldu

2 İyul 2018 18:36 Dünya çempionatı 687
FOTO - "Qarabağ"lının qardaşı Premyer Liqa klubuna transfer oldu

İngiltərə Premyer Liqasında çıxış edən "Sauthempton" yeni transferlə heyətini gücləndirib.

Sportinfo.az xəbər verir ki, "qırmızı-ağlar" "Bazel"in hücumameyilli yarımmüdafiəçisi Məhəmməd Elyunussini transfer edib.

Bu transfer "Sauthempton"a 20 milyon avroya başa gəlib. Məhəmmədlə 5 illik müqavilə imizalanıb.

Norveç millisinin üzvü olan 23 yaşlı futbolçu 2016-cı ildə 3,2 milyon avroya "Bazel"ə "Molde"dən keçmişdi.

Məhəmməd ötən mövsüm "Qarabağ"da çıxış edən Tarık Elyunussinin qardaşıdı. Tarık 6 ay icarə əsasında Ağdam təmsilçisində çıxış etdikdən sonra İsveçin AİK klubuna keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti