Dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, əvvəlcə Samara şəhərindəki eyniadlı arenada 5 qat dünya çempionu Braziliya yığması Meksikanı sınağa çəkəcək.
Braziliya E qrupundakı ilk görüşündə İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikdən sonra Kosta-Rika və Serbiyaya 2:0 hesabı ilə qalib gələrək, 1-ci yeri tutub. Meksika isə Almaniyaya 1:0, Cənubi Koreyaya 2:1 hesabı ilə qalib gəldikdən sonra İsveçə uduzub - 0:3.
Nəticədə İsveç şəxsi oyunlardakı üstünlüyü sayəsində birinci, Meksika ikinci olub. Onlar hərəyə 6 xal toplayıblar. Dünya çempionluqları sayında Braziliya ilə bərabərləşmək şansı olan Almaniya isə 3 xalla qrupda qalıb.
"Pentakampeonlar" DÇ-2018-dəki ilk sensasiyanın müəllifi ilə mundiallarda 4 dəfə üz-üzə gəliblər. Braziliya 1950-ci ildə 4:0, 1954-cü ildə 5:0, 1962-ci ildə 2:0 hesablı qələbə qazanıb. Yalnız 2014-cü ildə Meksika qolsuz bərabərliyə nail olub.
18:00. Braziliya - Meksika
Hakimlər: Canluka Rokki, Elenito Di Liberatore, Mauro Tonolini (hamısı İspaniya), Antonio Migel Mateu Laos, Pau Sebrian Devis (hər ikisi İspaniya)
Samara, "Samara Arena"

