Dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, günün digər oyunu Rostov-Dondakı "Rostov Arena"da Belçika ilə Yaponiya arasında keçiriləcək.
Çempionatın favoritlərindən sayılan "qırmızı şeytanlar" G qrupundakı görüşlərində Panamaya 3:0, Tunisə 5:2, İngiltərəyə 1:0 hesabı ilə qalib gələrək, 9 xalla 1-ci yeri tutub.
Yaponiya H qrupundakı qarşılaşmalarında Kolumbiyanı 2:1 hesabı ilə yendikdən sonra Seneqalla heç-heçə edib - 2:2. Son oyunda isə asiyalılar Polşaya 0:1 hesabı ilə uduzub.
Beləliklə, "gündoğar ölkə" komandası 4 xal toplayıb və eyni xala malik Seneqalı sarı vərəqələrinin azlığı səbəbindən üstələrək, 2-ci yeri tutub. Qrup liderliyinə isə 6 xalla Kolumbiya yiyələnib.
Əvvəllər Belçika və Yaponiya yığmaları 2002-ci il dünya çempionatının qrup mərhələsində üz-üzə gəlib. Həmin görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
22:00. Belçika - Yaponiya
Hakimlər: Malanq Dyodiu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bakari Qassama (Qambiya), Jan Klod Birumuşahu (Burundi)
Rostov-Don, "Rostov Arena"

