"Modriç penaltini vura bilməyəndə Türkiyəyə məğlubiyyəti xatırladım"

2 İyul 2018 15:12 Dünya çempionatı 777
"Modriç penaltini vura bilməyəndə  Türkiyəyə məğlubiyyəti xatırladım"

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç DÇ-2018-in 1/8 finalında Danimarka ilə keçirilən oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Daliç oyun ərzində qələbə qolunu vurmaq üçün bir neçə əla fürsətdən yararlana bilmədiklərini deyib.

O, penalti seriyası zamanı Türkiyəyə məğlubiyyəti xatırladığını da etiraf edib: “Komandamı və uşaqları təbrik edirəm. Asan olmayan oyundan sonra növbəti mərhələyə vəsiqə əldə etdik.

Oyun ərzində bir neçə yaxşı imkandan yararlana bilmədik, amma qələbə qazanmaq istəyimiz də azalmadı.

Modriç penaltini vura bilməyəndə Vyananı, Türkiyəyə məğlubiyyəti xatırladım. Bu gün çox ağır oyun oldu. Nəticəyə oynadıq, vuruşduq, mübarizə apardıq.

Gözəl futbol oynayan komandalar hamısı DÇ-ni tərk ediblər. Biz isə ən yaxşı 8 komanda arasındayıq. Baxaq görək, bundan sonra necə olacaq”.

Xorvatiya Danimarkaya penalti seriyasında qalib gəlib - 1:1 (3:2). 1/4 finalda Xorvatiyanın rəqibi Rusiya olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti