Komandası uduzsa da, Kasper Şmeyxel ən yaxşı seçildi

2 İyul 2018 08:00 Dünya çempionatı 539
Komandası uduzsa da, Kasper Şmeyxel ən yaxşı seçildi

Rusiyada təşkil olunan dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Xorvatiya - Danimarka matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Danimarka yığmasının qapıçısı Kasper Şmeyxel seçilib.

Danimarka yığması əsas vaxtı 1:1 hesabıyla başa çatan bu oyunda penaltilər seriyasında uduzaraq (2:3) mübarizəni dayandırıb.

Amma Şmeyxel bu görüşün əsas vaxtında 1, penaltilər seriyasında isə 2 penalti zərbəsini dəf etməklə qəhrəmana çevrilə bilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti