Əfsanəvi braziliyalı futbolçu Pele Fransa yığmasının üzvü Kilian Mbappeni təbrik edib.
Sportinfo.az xəbər verir ki, Mbappe Argentina ilə oyunda Pelenin rekordunu təkrarlayıb.
Pele 1958-ci ildə keçirilən dünya çempionatında yeniyetmə yaşında dubl etmişdi. O vaxtdan bəri bu göstəricini heç kim təkrarlaya bilmirdi. Pele “tvitter” səhifəsində belə yazıb:
“Təbrik edirəm, Kilian. Belə gənc yaşda dünya çempionatında dubl etməklə, yaxşı kompaniyaya qoşuldun.
Sənə mundialın digər oyunlarında da uğur arzulayıram. Amma təkcə Braziliya ilə oyundan savayı”.

