İspaniya - Rusiya matçının ən yaxşısı İqor Akinfeyev seçildi

2 İyul 2018 00:40 Dünya çempionatı 656
İspaniya - Rusiya matçının ən yaxşısı İqor Akinfeyev seçildi

Dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilmiş İspaniya - Rusiya matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Rusiya yığmasının qapıçısı İqor Akinfeyev seçilib.

Rusiya yığması əsas vaxtı 1:1 hesabıyla başa çatan bu oyunda penaltilərlə 4:3 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

Oyun ərzində də bir neçə qurtarışı ilə yadda qalan Akinfeyev penaltilər seriyasında iki zərbəni dəf etməklə komandasının uğurunda əsas pay sahibinə çevrilib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik