Bu gün Rusiyada keçirilən dünya çempionatında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, meydana çıxacaq 4 komandanın hamısı Avropa təmsilçiləri olacaq.
Xorvatiya və Danimarka yığmaları qarşılaşacaq. Xorvatiya D qrupundakı hər 3 görüşünü qələbə ilə başa vurub. Zlatko Daliçin baş məşqçi olduğu komanda Nigeriyaya 2:0, Argentinaya 3:0, İslandiyaya 2:1 hesabı ilə qalib gələrək, 9 xalla qrup lideri olub.
Danimarka isə C qrupundakı matçlarında Perunu 1:0 hesabı ilə yendikdən sonra Avstraliya ilə 1:1, Fransa ilə 0:0 hesablı heç-heçə edib və 5 xalla 2-ci yeri tutub. Bu komandalar final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər.
22:00. Xorvatiya - Danimarka
Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Enrike Kaseres, Eduardo Kardozo (hər ikisi Paraqvay)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu

