Rusiyada təşkil olunmuş dünya çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün 1/8 final mərhələsi çərçivəsində daha iki görüş baş tutacaq.
Öncə mundiala ev sahibliyi edən Rusiya Moskvada İspaniya yığması ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib.
Əlavə olunmuş yarım saat ərzində də hesab dəyişməyib. Bu üzdən də qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan ruslar nə qədər gözlənilməz olsa da, İspaniyanı mundialdan kənarlaşdırıblar.
Uruqvay və Fransa yığmaları artıq 1/4 finala vəsiqəni təmin edib. Bu iki kollektiv növbəti mərhələdə yarımfinala vəsiqə uğrunda mübarizə aparacaqlar.
İspaniya - Rusiya 1:1 (penaltilər 3:4)
Qol: S.İqnaşeviç, 12-avtoqol - A.Dzyuba, 41-pen.
Baş hakim: Byorn Kuypers (Hollandiya).
Moskva. “Lujniki” stadionu.
İspaniya: 1. David De Xea, 3. Jerar Pike, 4. Naço 5. Serxio Buskets, 8. Koke, 15. Serxio Ramos (k), 18. Xordi Alba, 19. Dieqo Kosta, 20. Marko Asensio, 21. David Silva, 22. İsko.
Ehtiyat oyunçular: 2. Dani Karvaxal, 6. Andres İnyesta, 7. Saul, 9. Rodriqo, 10. Tyaqo, 11. Lukas Vaskes, 12. Alvaro Odriozola, 13. Kepa Arrizabalaqa, 14. Sezar Aspilikueta, 16. Naço Monreal, 17. Yaqo Aspas, 23. Pepe Reyna.
Baş məşqçi: Fernando Yerro.
Rusiya: 1. İqor Akinfeyev (k), 2. Mario Fernandes, 3. İlya Kutepov, 4. Sergey İqnaşeviç, 7. Daler Kuzyayev, 11. Roman Zobnin, 13. Fyodr Kudryaşov, 17. Aleksandr Qolovin, 18. Yuri Jirkov, 19. Aleksandr Səmədov, 22. Artyom Dzyuba.
Ehtiyat oyunçular: 5. Andrey Semyonov, 6. Denis Çerışev, 8. Yuri Qazinski, 9. Alan Dzaqoyev, 10. Fyodr Smolov, 12. Andrey Lunyov, 14. Vladimir Qranat, 15. Aleksey Mirançuk, 16. Anton Mirançuk, 20. Vladimir Qabulov, 21. Aleksandr Yeroxin.
Baş məşqçi: Stanislav Çerçesov.

