"Güclü və zəif tərəflərimiz var"

1 İyul 2018 17:01 Dünya çempionatı 581
"Güclü və zəif tərəflərimiz var"

İspaniya millisinin baş məşqçisi Fernando Yerro dünya çempionatının 1/8 final mərhələsində Rusiyaya qarşı keçirəcəkləri oyundan öncə jurnalistlər qarşısında çıxış edib.

Sportinfo.az xəbər verir ki, mütəxəsis bu matçda özüninamın xüsusi yer tutacağını bildirib.

Yerro rəqibi analiz etdiklərini deyib: “Rusiyanın keyfiyyətlərini bilirik. Amma biz öz işimizə inanırıq. Heyətimizdə güclü oyunçular var. Rəqibi analiz etdik. Əlimizdən gələn hər şeyi edəcəyik.

Məşqdə əla şəkildə hazırlaşmışıq. Güclü və zəif tərəflərimiz var. Amma fiziki və psixoloji olaraq hazırıq. Portuqaliya ilə oyunda iki dəfə hesabda geri düşsək də, dönüş yarada bilmişdik”.

İspan məşqçi yeni mərhələnin başlayacağını sözlərinə əlavə edib: “Mərakeşlə oyunda da çətin vəziyyətdən oyunu çevirdik. Bizim üçün yeni bir turnir başlayır. Daha yaxşı komandalar qarşımıza çıxacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik