"Özünü göstərmək üçün dünya çempionatından gözəl yer yoxdu"

1 İyul 2018 15:30 Dünya çempionatı 497
"Özünü göstərmək üçün dünya çempionatından gözəl yer yoxdu"

Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2018-in 1/8 finalında Argentinaya 4:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, Peledən sonra dünya çempionatının pley-off mərhələlərində bir oyunda dubla imza atan ikinci gənc oyunçu olan K.Mbappe bidirib:

"Peledən sonra dünya çempionatının pley-off mərhələsində 1 matçda 2 qol vuran ən gənc oyunçu olduğum üçün xoşbəxtəm. Pele çox fərqli səviyyədədir. Amma bu adların arasında olduğum üçün sevinirəm.

Dünya çempionatında ən yaxşı oyunçular var. Bu turnirdə bütün dünyaya nə edə biləcəyini göstərmək üçün əla şans qazanırsan. Özünü göstərmək üçün dünya çempionatından gözəl yer yoxdur".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti