Fransa millisi DÇ-2018-in 1/8 final mərhələsində Argentinanı 4:3 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, oyundan sonra avropalıların baş məşqçisi Didye Deşam sualları cavablandırıb.
Karyeranızı nəzərə alsaq, bu gün çox emosional idiniz?
- Mən peşəkar olaraq həyatda belə şeyləri yaşamaq istəyirəm. Komandamız daha gəncdir amma meydanlarda sözümüzü deyirikş Bu asan olmadı. Gözəl əhval-ruhiyyəmiz var. Hər şeyə məsuliyyətim var. Oyunçularım üçün xoşbəxtəm.
Messi haqqında nə deyə biıərsiniz?
- Rəqibi heyəti Sampaoli tərəfindən seçilib. Bu gün Messinin daha çox azadlığı var idi. Biz də ona kökləndik. Bilirdik ki, imkan olsa, Messi qol vuracaq. Kante ona çox yaxın oynadı. Beləliklə, Messinin işi çətinləşdi. Topları alarkən Kante yanında peyda olurdu. Messi çox təhlükəlidir və matçı sonuna kimi hər şey ola bilərdi. Sampaolinin seçimini isə şərh edə bilmərəm.
Oyundan sonra Ronaldo Nazario və Mbappe çox müqayis olundular. Onların arasında hansı oxşarlıqlar var?
- İnsanlar fərqli oyunçuları müqayisə etməyi sevirlər. Mbappe Ronaldodan daha sürətlidir, daha çox mövqedə oynamağı bacarır. Ronaldo dünya çempionu idi, Mbappe isə çox gəncdir.
Niyə Argentinaya daha çox topla oynamaq imkanı verdiniz?
- Biz onlara qəsdən topu vermədik. Argentina millisi müdafiəyə nisbətən hücumda daha yaxşıdır.
1998-də Fransa dünya çempionu olub və həmin il Mbappe dünyaya gəlib. Onu 1998-ci ilin ikinci mükafatı adlandırmaq olar?
- Doğum vaxtı üçün 1998 ideal ildir. Mbappe futbolla əlaqəli hər şeyi sevir. Fransa vətəndaşı olduğuma görə xoşbəxtəm.

