Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli dünya çempionatında Fransaya 3:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlər önünə çıxıb.
Sportinfo.az xəbər verir ki, üzüntüsünü bildirən çalışdırıcı gələcəyi ilə bağlı qərar vermədiyini deyib:
- Oyunçularım çox əziyyət çəkdi. Amma bunun qarşılığını görmədik. Çox çətindir. Üzülürəm və bunu sezmək çətin deyil. Oyunçularımız əllərindən gələni etdilər. Amma alınmadı. Bu gün sizin qarşınıza çıxmışamsa, deməli gələcəyimə qərar verməmişəm.
2002-ci ildən bəri Argentina üçün ən pis nəticədir. Komandadan gedəcəksiniz?
- Bu çox acıdır. Oyunçularım çalışdılar, meydanda hər şey etdilər. Hədəfimizə çatmadıq. Mən çox kədəliyəm. Bu gün burdayamsa, deməli hələ qərar verməmişəm.
Peşman olduğunuz bir şey varmı?
- Hələ hər şey çox təzədir. Səhvləri təhlil etmək üçün erkəndir. Bu gün uğursuz olduq. Futbolda belə şeylər olur. Fransa keçid dövrünü sürətlə keçdi. İkinci qolu atdıqdan sonra üstünlüyü itirdik. Hesabat üçün bir neçə səbəb var.
Qısa bir zamanda oyuna nə təsir etdi?
- Bəlkə də haqlısız ki, nəsə təsir etdi. Bunu demək üçün bir neçə vacib amil var. Oyununun nəzarətini itirmişdik. Dəqiq oynaya bilmirdik. Daha sonra bunları araşdıracağıq. Fransanın sürətli oyunçuları olduğunu bilirdik. Bilirdik ki, topu itirsək, çətin olacaq. Beləliklə düşündüyümüz oldu.
Əsas səhviniz nədir?
- Argentina hər zaman mübarizə aparır. Oynadığımız oyun futbolçulara görə hesablanıb. Məşqçi bundan məsuldur. Bəhanələr axtarmıramş Hazırlaşmaq üçün kifayət qədər vaxtimiz var idi.
Siz hər oyun taktikanızı dəyişdiniz. Argentina üçün nəsə tapmaq çətin idi?
- Biz hər şeyi mükəmməl etmək istəyirdik. Qazanmağımız lazım idi. Bu əsas məqsədimiz idi. Bu ehtiyac bizim futbol anlayışımızdan daha gücıü idi. Dünyanın ən yaxşı oyunçusuna sahibik. Lakin Messi üçün kollektiv vəziyyət yaratmaq üçün çalışırdıq. Müxtəlif variantlar var idi. Messinin çox rahat oynaması üçün hər variant sınadıq. Bu gün hesab demək olar ki, bərabər idi və bunu yüksək qiymətləndirirəm. Bütün futbolçulara və federasiyaya təşəkkür edirəm. Mən komandanı inkişaf etdirməyə çalışdım. Argentina “döyüşdü”. İkinci yarıda Fransa daha çox qol vurdu, lakin biz mane olmağa çalışdıq. Bəlkə komandam fərqli oynadı.
Sizcə, komanda sizin üçün uzunmüddətli layihədir?
- Argentianı Rusiyaya gətirdiyim üçün sevindim. Bu maraqlı idi. Hər kəs bir fikir yürüdə bilər. Qazanacağımıza inanırdıq. İndi kədərlənirəm, amma bu məşqçi kimi inkişaf etməyimə kömək edir. Baş verənlərə dürüst baxmalı və gələcəyi düşünməliyik.
Rəqib oyunçuları analiz etmişdiniz?
- Matça hazırlaşdığımız zaman bunu edirik. Futbol kağız parçası deyil ki, mikrofonla üstündəkiləri oxuyasan. Mbappeti dayandırmaq çətin idi. Lakin mümkün olan hər şeyi etdik. Lakin futbol video da deyil baxasan. Meydan başqadır. Mbappe və Messi kimi futbolçularla qarşılaşanda nə edəcəyini bilmirsən.

