“Ronaldo Uruqvayla tək oynasa, Portuqaliya itirəcək”

30 İyun 2018 21:00 Dünya çempionatı 681
“Ronaldo Uruqvayla tək oynasa, Portuqaliya itirəcək”

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş bu gün Uruqvaya qarşı keçirəcəkləri matçı şərh edib.

Sportinfo.az xəbər verir ki, yığması ilə son Avropa çempionu olan mütəxəssis komandasının motivasiyasından danışıb.

Santuş Kriştianu Ronaldonun da çıxışına toxunub: “Ronaldo Uruqvayla tək oynayacaqsa, Portuqaliya itirəcək. Ümid edirəm ki, çox motivasiyalı olacağıq.

Qarşımızda çox ciddi bir komanda, ciddi matç var. Hər şeyimizi meydanda qoymalıyıq. Bütün bunları başa düşsək, Kriştoanun hərəkətləri həlledici ola bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!