Rusiyada təşkil olunmuş dünya çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün mundialın 1/8 final mərhələsinə start verilib.
Pley-off mərhələsinin ilk oyununda Fransa və Argentina yığmaları üz-üzə gəlib. Yer aldığı C qrupundan çətinlik çəkmədən və birinci yerlə çıxan fransızlar buna çox çətinliklə nail olmuş D qrupunun ikincisi Argentina ilə görüşdə favorit hesab olunurdular.
Matç da bu ehtimalları doğruldub. Yeddi qolun qeydə alındığı görüşdə

