Fransa - Argentina: CANLI YAYIM

30 İyun 2018 18:00 Dünya çempionatı 1 151
Fransa - Argentina: CANLI YAYIM

Rusiyada keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsi start götürəcək.

Sportinfo.az xəbər verir ki, əvvəlcə Fransa və Argentina yığmaları münasibətlərinə aydınlıq gətirəcək.

Didye Deşamın baş məşqçi olduğu kollektiv Danimarka, Peru və Avstraliya ilə birgə mübarizə apardığı C qrupunu məğlubiyyətsiz başa vurub.

Avstraliya (2:1) və Perunu (1:0) məğlub edən komanda son turda Danimarka ilə heç-heçə (0:0) edib və qrup birincisi kimi növbəti mərhələyə yüksəlib.

Argentina isə Nigeriya, İslandiya və Xorvatiya ilə birgə D qrupunda mübarizə aparıb. İlk turda İslandiya ilə heç-heçə (1:1) edən yığma ikinci turda Xorvatiyaya məğlub olub (0:3).

Cənubi amerikalılar sonuncu turda Nigeriyanı məğlub etməklə (2:1) növbəti mərhələyə vəsiqə qazanıb.

Fransa və Argentina bu vaxta qədər 11 dəfə üz-üzə gəliblər. Qarşılaşmaların 9-u yoldaşlıq görüşlərinə təsadüf edib. Komandalar dünya çempionatlarında isə 2 dəfə qarşılaşıblar.

1930-cu il Uruqvayda keçirilmiş mundialdakı ilk qarşılaşmada Argentina 1:0 hesabı ilə qələbə qazanıb. 1978-ci ilə Argentinada təşkil olunmuş çempionatda isə meydan sahibləri 2:1 hesabı ilə qalib olub.

18:00. Fransa - Argentina

Hakimlər: Alireza Faghani, Reza Sokhandan, Mohammadreza Mansuri (hamısı İran), Xulio Baskunyan (Çili)

Kazan, "Kazan Arena"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti