"Uruqvay yaxşı komandadı, Oskar Tabares 12 ildir bu yığmada işləyir.
Onların oyunçularını yaxşı tanıyırıq".
Sportinfo.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2018-in 1/8 finalında Uruqvayla oyun öncəsi deyib.
O, Uruqvayın ciddi komanda olduğunu söyləyib: "Onları təhlil etməyə, araşdırmağa çalışırıq. Rəqibin zəif cəhətlərini tapmaq asan deyil. Ancaq biz Uruqvaya qarşı oynamağa hazırıq.
Hər komandanın zəif nöqtəsi var. Bunu bilməli və qolları vurmalıyıq. Meydanda qələbə qazanmaq üçün hər şey edəcək komandalar görəcəksiz"

