Rusiyada təşkil olunan dünya çempionatı çərçivəsində keçirilmiş İngiltərə - Belçika matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Belçika yığmasının yarımmüdafiəçisi Adnan Yanuzay seçilib.
Belçika yığması bu oyunda 1:0 hesabıyla qalib gəlib. Komandasının qələbə qolunu da məhz Yanuzay rəqib qapısından keçirib.

