Yaponiya - Polşa matçının ən yaxşı oyunçusu qol vurandı

29 İyun 2018 08:12 Dünya çempionatı 550
Yaponiya - Polşa matçının ən yaxşı oyunçusu qol vurandı

Rusiyada təşkil olunan dünya çempionatı çərçivəsində keçirilmiş Yaponiya - Polşa matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Polşa yığmasının müdafiəçisi Yan Bednarek seçilib.

Polşa yığması bu oyunda 1:0 hesabıyla qalib gəlib. Komandasının yeganə qolunu da məhz İngiltərənin “Sauthempton” klubunda çıxış edən Bednarek vurub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik