Dünya çempionatında 1/8 finalın bütün cütlükləri bəlli oldu

29 İyun 2018 08:00 Dünya çempionatı 532
Dünya çempionatında 1/8 finalın bütün cütlükləri bəlli oldu

Rusiyada təşkil olunmuş dünya çempionatında 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu gün keçirilən oyunlardan sonra G qrupunun birincisi H qrupunun ikincisi, G qrupunun ikincisi H qrupunun birincisi ilə rəqib olub.

Beləliklə 1/8 final mərhələsində Belçika Yaponiya ilə, Kolumbiya isə İngiltərə ilə qarşılaşacaq. Daha öncə Uruqvay Portuqaliyaya, Rusiya İspaniyaya, Fransa Argentinaya, Xorvatiya Danimarkaya, Braziliya Meksikaya, İsveç isə İsveçrəyə rəqib olmuşdu.

30 iyun

18:00. Fransa - Argentina
22:00. Uruqvay - Portuqaliya

1 iyul

18:00. İspaniya - Rusiya
22:00. Xorvatiya - Danimarka

2 iyul

18:00. Braziliya - Meksika
22:00. Belçika - Yaponiya

3 iyul

18:00. İsveç - İsveçrə
22:00. Kolumbiya - İngiltərə

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti